25 oktyabr tarixində Bakıda rəsm sərgisi keçiriləcək. Sərgi Davamlı İnkişaf Mərkəzi, “Unicorn Challenge” şirkəti və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə saat 11:00-da baş tutacaq.

Tədbir “Qarabağ atları” adlı layihə çərçivəsində təşkil olunacaq. Gənclərimiz tərəfindən ərsəyə gətirilən rəsm əsərlərinin nümayiş olunduğu sərginin açılış mərasimi Bakı Gənclər Mərkəzində baş tutacaq.

Layihənin əsas məqsədi gənclərin Qarabağ atları haqqında ətraflı məlumat əldə etməsi və beynəlxalq arenada onların təbliğatçısına çevrilməsidir.

Sərgidə iştirak etmək istəyənlər +994 77 411 22 33 nömrəsi ilə əlaqə saxlaya bilərlər.