Bakıda Xəzər rayonunda sərgi keçirilib. Tədbir Xəzər Gənclər Evinin təşkilatçılığı ilə eyniadlı məkanda baş tutub. Sərgi 44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.

“Qəhrəman şəhidlər” adlı sərgidə rəsm klubunun gənc üzvlərindən olan Leyla Əlihümbətovanın əl işləri nümayiş olunub.

Leyla rəsmlərində müharibədə iştirak edib şəhid olan, Suraxanı rayonu şəhidlərini əks etdirib.

Hazırda paytaxtda Vətən müharbəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.