Xətai rayonunda yerləşən Kaspi Liseyinin Ağ şəhər filialının 7-ci sinif distant təhsilinə keçirilib. Bu haqda Bizim.media bu gün, 8 oktyabrda xəbər verib.

Sinfin şagirdləri arasında koronavirus yoluxması aşkar olunub. Əyani tədris prosesi 14 gün müddətinə onlayn dərslərlə əvəz olunub.

Daha öncə, Nəsimi rayonunda yerləşən Tahir Həsənov adına 23 nömrəli məktəbdə üç sinif, Səbail rayonunda yerləşən “Baku Oxford School”-da isə bir sinif, Səbail rayonunda isə yerləşən 162 nömrəli tam orta məktəbin bir sinfi 14 günlük distant təhsilə keçirilmişdir.