Bakıda mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir. Bu barədə 8 oktyabr tarixində Facebook səhifəsində xəbər verilib.

Turnirin açılışı 132-134 saylı Təhsil Kompleksinin akt zalında baş verib. Açılış mərasimdə idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Kompleksinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova iştirak ediblər. Həmçinin, qonaqlar məktəbdə A.Rəhimov üçün yaradılmış xatirə güşəsində olublar. Rəhimov vaxtilə bu məktəbdə təhsil alıb.

Turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində oktyabrın 15-dək davam edəcək. Turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.

Foto Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin Facebook səhifəsi