9 oktyabr tarixində Bakıda iki avtomobil yanıb. Hadisə Qaradağ rayonunda baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Belə ki, “NAZ-Lifan” markalı minik avtomobilinin yanar hissələrinin yanması nəticəsində yaranan yüksək tempraturdan yaxınlıqdakı “Hyundai” markalı avtomobilinin 2 qapısı qarsalanıb.

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb, ətrafda olan digər avtomobillər yanğından mühafizə olunub.