Bakıda yanğın olub. Hadisə Xətai rayonunda baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 56 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m² sahədə və 1 ədəd kondisioner qismən yanıb.

FHN əməkdaşlarının müdaxiləsi nəticəsində mənzilin qalan hisssi yanğından mühafizə olunub.