Paytaxtın Nəsimi rayonunda mənzildə meyit aşkar olunub. Bu haqda bu gün, 9 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bir nəfərin bağlı qapı arxasında qaldığı barədə FHN-nin qaynar xəttinə məlumat daxil olub. Qeyd olunan ünvana gələn əməkdaşlar qapını açdıqdan sonra orada 86 yaşlı Əzizə Kazımovanın meyitini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Bundan əvvəl, 8 oktyabr tarixində paytaxtın Yasamal rayonunda kişi meyiti aşkarlanmışdır.