Bakıda 11-12 oktyabr tarixlərində “Qızımı sevirəm” layihəsinə start verilir. Layihə, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə saat 15:00-da baş tutacaq.

Layihə çərçivəsində ilk təlim kursu Sabunçu Gənclər Evində baş tutacaq. Kursun məqsədi, cəmiyyətdə qız uşaqlarının dəyərinin artırılması, qadına qarşı ayrı-seçkiliyin aradan qaldırılması, selektiv abortların sayının azaldılmasına şərait yaratmaqdır.

Təlimçi qismində FemACT Azərbaycan Qadınları Fondunun rəhbəri Pərvanə Məmmədova iştirak edəcək.

2 günlük təlim sessiyasının mövzuları:

  • Selektiv abort və cəmiyyətə verdiyi ziyanlar
  • Erkən nikah və qız uşaqlarının hüquqları

Təlim proqramını bitirən iştirakçılara sertifikat təqdim olunacaq. Sertifikat əldə etmək üçün hər 2 gün qeyd edilən istiqamətlər üzrə təlimlərdə iştirak etmək mütləqdir.

İştirak etmək üçün təşkilatın İnstagram səhifəsindəki paylaşımın rəy bölməsində “+” yazmaq kifayətdir.