Bakı şəhər ümumtəhsil məktəblərinin və respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin rəqs kollektivləri arasında “Xarıbülbül” respublika uşaq rəqs festivalına qeydiyyat aparılır. Festival Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

Müsabiqə vətənpərvərlik mövzusunda fləşmob, rəqs kompozisiyaları, milli rəqslər, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların rəqsləri üzrə 7-12, 13-17 və qarışıq yaş qruplarında olmaqla 3 mərhələdə keçiriləcək.

Müsabiqənin şərtləri:

  • Festivalda Bakı şəhərinin ümumtəhsil məktəblərinin, respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri iştirak edə bilər
  • Rəqs qrupunun tərkibi 6-12 nəfərdən ibarət ola bilər
  • Təhsil müəssisələri hər nominasiyada müxtəlif yaş qrupları üzrə 1 rəqs nömrəsi təqdim edə bilər
  • Təqdim olunan rəqs nömrələrinin videogörüntüləri aydın və keyfiyyətli çəkilməli və təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərilməlidir
  • Çıxışın müddəti 1-3 dəqiqədən artıq olmamalıdır
  • Rəqs kollektivinin geyimi rəqsin məzmununa uyğun olmalıdır
  • Rəqsin musiqisi aydın və keyfiyyətli olmalıdır

l mərhələ oktyabrın 22-dək davam edəcək. Festivala qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlərin və videogörüntülərin qəbulu aparılacaq.

ll mərhələdə videogörüntülərin münsiflər heyəti tərəfindən baxılması və qiymətləndirilməsi olacaq. Bu mərhələ oktyabrın 23-dən 31-dək davam edəcək.

Festivalın lll mərhələsində – noyabrın 6-da final konserti, qaliblərin elan olunması və mükafatlandırılması olacaq.

İştirakçılar sifarişləri və videogörüntüləri Təşkilat Komitəsinin [email protected] ünvanına göndməlidirlər.

Qaliblər Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, seçilən rəqs kollektivləri münsiflər heyətinin xüsusi mükafatına layiq görüləcək.

Əlaqə nömrələri: +994 12 421 54 66, +994 12 421 41 91, +994 55 549 58 52, +994 77 440 22 94