9-20 oktyabr tarixlərində keçiriləcək VI-IX siniflər arasında “Bakı şəhəri açıq çempionatı”nın ilk mərhələsinə start verilir.

Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı Şəhər-Bakı” layihəsi çərçivəsində baş tutacaq. Konkurs “Nə? Harada? Nə zaman?” oyunu üzrə iki mərhələdən ibarət olacaq.

Birinci seçim mərhələsi 9 oktyabr tarixində onlayn formatda təşkil olunacaq. Burada İştirak etmək üçün respublika üzrə bütün məktəblərdən 200 komanda qeydiyyatdan keçib. Ən yaxşı nəticə göstərən 8 Bakı və 9 regional komanda oktyabrın 20-də Bakıda canlı keçiriləcək final mərhələsinə qatılacaq.

“Ağıllı Şəhər-Bakı” layihəsi artıq bir ildən çoxdur ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq edərək, məktəblilər üçün azərbaycan və rus dillərində həftəlik intellektual oyunlar keçirir. Bu müddət ərzində müxtəlif yaş kateqoriyaları üzrə respublika çempionatı və kuboku keçirilib.