Kikboksinq üzrə Bakı şəhər birinciliyində qalib olan məcburi köçkün yeniyetmələrlə görüş keçirib. Bu haqda 9 oktyabr tarixində AZƏRTAC xəbər verib.
Görüş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində baş tutub. Orada məcburi köçkün yeniyetmələrin məşqçiləri, valideynlər və Dövlət Komitəsinin Vətən müharibəsində döyüşmüş əməkdaşları iştirak ediblər.
Kikboksinq üzrə Bakı şəhər birinciliyində mükafata layiq yerlər tutan məcburi köçkün yeniyetmələrə yarışdakı uğurlarına, idmanı və sağlam həyat tərzini təbliğ etdiklərinə görə Dövlət Komitəsinin təşəkkür plaketi təqdim olunub.