Paytaxtın Suraxanı rayonunda bu gün, 9 oktyabrda gecə saatlarında piyada iştirakı ilə iki yol qəzası baş verib. Nəticədə bir nəfər dünyası dəyişib, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Bu haqda APA məlumat verib.

Hövsan qəsəbəsində 30 yaşlı Malikəjdər Rəhmanov və naməlum şəxs yolu keçərkən onları avtomobil vurub. Naməlum şəxs alan xəsarətlərdən yerindəcə keçinib, Rəhmanov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İkinci yol-nəqliyyat hadisəsi aeroport yolunda qeydə alınıb. 51 yaşlı İlqar Əliyev maqistralın piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub və zərbədən digər avtomobilə çırpılıb. Əliyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ötən gün, 8 oktyabr tarixində azyaşlı piyada iştirakı ilə yol qəzası baş vermişdir. 7 yaşlı Məryam Kərimova yolu keçərkən, onu avtomobil vurmuşdur.