Uşaqlar üçün rəsm müsabiqəsinə start verilib. Bu haqda 9 oktyabr tarixində məlum olub.
Müsabiqə Elektron Təhlükəsizlik Xidməti “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” çərçivəsində uşaqlar üçün “Təhlükəsiz internet mühitini yarat” şüarı altında keçiriləcək.
Müsabiqədə iştiraka dair tələblər:
- Rəsm kibertəhlükəsizliklə əlaqəli mövzuları əhatə etməlidir
- Müsabiqədə 10-16 yaş arası uşaqlar iştirak edə bilər
- Müsabiqəyə bir nəfər yalnız bir rəsm göndərə bilər
- Rəsm xüsusi proqramların köməyindən istifadə edilmədən rəngli karandaş və ya sulu boya ilə kağız üzərində çəkilməlidir
- Rəsmin üzərində ifadə etdiyi məzmuna uyğun olaraq bir mesaj qeyd edilməlidir
- Rəsmi göndərmək üçün son tarix 25 oktyabr 2021-ci il saat 00:00-dır
Münsiflər heyəti tərəfindən seçilən maraqlı və kreativ rəsmlər Elektron Təhlükəsizlik Xidmətinin rəsmi “Facebook” səhifəsində paylaşılacaq. Ən çox bəyəni toplayan ilk 3 rəsmin sahibinə Elektron Təhlükəsizlik Xidməti tərəfindən hədiyyə və sertifikatlar təqdim olunacaq.
Əlavə məlumat üçün elektron poçt ünvanına yaza və ya telefon vasitəsilə əlaqə saxlaya bilərsiniz: +994 12 493 20 56