13 oktyabr tarixindən etibarın YARAT Müasir İncəsənət Mərkəzində Art-terapiya dərsləri start götürəcək. Sessiyalar 20, 27 oktyabr və 3 noyabr tarixlərində saat 16:00-da  davam edəcək.

Dərslərə sənətşünas, rəssam, və art-terapevt Mehriban Şəmsəddinskaya rəhbərlik edəcək. İştirak etmək üçün rəsm bacarıqlarının olması vacib deyil.

YARAT Mərkəzində keçiriləcək seanslarda iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Yerlərin sayı məhdud olduğundan qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün əlaqə nömrəsi: +994 50 246 92 92