Bakının 3 rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar aparılıb. Nəticədə üç nəfər saxlanılıb. Bu haqda 10 oktyabr tatixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Vəliyeva saxlanılıb. Axtarış zamanı ondan təxminən 1,1 kq heroin, 115 qr metamfetamin, elektron tərəzi və bank kartları aşkar olunub.

Yasamal rayonunda  keçirilən əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Babaxanlıdan 6 kq-dan çox heroin tapılıb.

Həmin gün, Yasamal rayonunda əvvəllər məhkum olunan A.Cəbiyev saxlanılıb. Baxış zamanı Cəbiyevin üzərində 11 qram heroin aşkar olunub. Daha sonra, Mərdəkan qəsəbəsi ərazisində gizlətdiyi 3 kq-dan çox heroin aşkar olunaraq ələ keçirilib.

Daha bir əməliyyat Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində aparılıb. Əvvəllər məhkum olunmuş M.Mikayılov saxlanılıb, ondan 21 qr heroin, 16 qr metamfetamin, bank kartı və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.