Bu gün, 11 oktyabrda səhər saatlarında Bakı şəhəri Suraxanı rayonunda yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
5 kv.m olan köməkçi tikilidə taxta tullantıları, plastik pəncərə çərçivəsi yanıb. Bitişik binasına da ziyan dəyib – yüksək tempetatur nəticəsində kondisioner və 5 plastik pəncərə çərçivəsi zədələnib. Xəsarət alan yoxdur.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub, yanğın söndürülüb, mənzillər alışmadan mühafizə olunub.
Daha öncə, 30 sentyabr tarixində Suraxanı rayonunda birmərtəbəli 2 otaqlı evin 15 kv.m sahəsi tamamilə yanmışdır, 1 nəfər xəsarət almışdır.