15 oktyabr tarixində Bakıda “Zəfərə Aparan yol!” musiqili proqramı baş tutacaq. Tədbir Azərbaycan dövlət Akademik Filarmoniyasında saat 19:00-da baş tutacaq. Bu barədə filarmoniyanın mətbuat xidməti məlumat yayıb.

Tədbir çərçivəsində “Babək” baletindən süita ifa olunacaq. Əsər Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan dövlət simfonik orkestri tərəfindən səslənəcək.

Müəllifi bəstəkar, Xalq artisti Aqşin Əlizadə olan “Babək” baleti ilk milli tarixi qəhrəmanlıq baletidir.