Bakı şəhərində V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
İlk gün ərzində qiymətləndirmə Səbail rayonunda aparılıb. Yoxlanmalar ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilmək məqsədilə keçirilir.
Şagirdlər 3 fənn üzrə yoxlanılacaqlar: riyaziyyat, xarici dil və tədris dili. 5-ci sinif cəmi 30 suala 60 dəqiqə, 6-7-ci siniflər – 45 suala 90 dəqiqə, 8-9-cü siniflər isə 60 suala 120 dəqiqə ərzində cavab verməlidirlər.
