“Natəvan” adlı quru yük gəmisinin təmiri bitib. Bu haqda bu gün, 11 oktyabr tarixində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidməti məlumat yayıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmir olunan gəminin gövdəsi və elektrik sistemi yenilənib. Eləcə də, yük anbarlarının qapaqları təmizlənib.

Yoxlanışdan uğurla keçən su nəqliyyatı Türkmənistanın Bektaş limanından götürdüyü karbamid yükünü Bolqarıstanın Varna limanına aparacaq.

2014-cü ildən Xəzərdənkənar sularda istismar olunan “Natəvan” gəmisinin 5200 ton yükdaşıma qabiliyyəti var. Uzunluğu 108, eni 16,74 metridir.