Pirallahı rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 11 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ümumi sahəsi 215 kv.m olan 5 bitişik birmərtəbəli evlərin 115 kv.m sahəsi tamamilə yanıb. Tikilinin digər hissələri yanğından mühafizə olunub. 2 nəfər yanğın zamanı fərdi evlərdən xilas edilib. Bundan əlavə, 6 yaşlı Emil Ələsgərovun meyiti aşkar olunaraq aidiyyati üzrə təhvil verilib.

Daha öncə bu gün, 11 oktaybr tarixində paytaxtın Suraxanı rayonunda yanğın faktı qeydə alınmışdır.