Bu gün, 11 oktyabr tarixində saat 14:00 radalərində paytaxtın Suraxanı rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda Fövqəladə Halllar Nazirliyin mətbuat xidməti məlumat verib.

Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü yanıb. Otaqlarda olan əşyalar da külə dönüb. Hadisə yerinə FHN briqadası cəlb olunub. Yanğın söndürülüb, bitişik evlər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

Bu gün Bakıda daha iki yanğın baş verib. Suraxanı rayonunda köməkçi tikilidə taxta tullantıları, plastik pəncərə çərçivəsi yanıb. Pirallahı rayonunda da yanğın hadisəsi qeydə alınıb. Ümumi sahəsi 215 kv.m olan 5 bitişik birmərtəbəli evlərin 115 kv.m sahəsi tamamilə yanıb. 2 nəfər yanğın zamanı fərdi evlərdən xilas edilib. Bundan əlavə, 6 yaşlı Emil Ələsgərovun meyiti aşkar olunaraq aidiyyati üzrə təhvil verilib.