12-17 oktyabr tarixlərində 538 saylı Elektron Avtomat Telefon Stansiyasında profilaktik tədbirlər keçiriləcək. Bu haqda Baktelekom məlumat yayıb.

Bununla əlaqədar gecə və səhər saatlarında saat 01:00-dan saat 06:00-dək telekommunikasiya xidmətlərinin göstərilməsində fasilə yarana bilər.

İşlər xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi məqsədilə keçirilir.

Xidmətlərin bərpası ilə bağlı məlumatlar Baktelecom-un rəsmi saytında və sosial şəbəkələrindəki hesablarda təqdim olunacaq.