Paytaxtın Nəsimi rayonu 3-cü mikrorayon dairəsində sürücü ilə polis arasında insident yaşanıb. Bu haqda bu gün, 12 oktyabr tarixində Report.az məlumat yayıb.

Elvin Rüstəmov idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi ilə 4 avtomobili əzib. Hadisə yerinə gələn polis əməkdaşları araşdırma aparmaq üçün sürücünü şöbəyə aparmaq istəyərkən, E.Rüstəmov müqavimət göstərib. Həmçinin, saxlanılan şəxsin sərxoş olduğu müəyyən edilib.

Şübhəli şəxs barəsində protokol tərtib edilib.

Bundan əvvəl, 25 sentyabr tarixində paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında insident baş vermişdir.