Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sentyabr ayı ərzində Bakı şəhərində həyata keçirilən işlər barədə məlumat yayıb.
Ötən ay paytaxtda ümumi uzunluğu 11.900 metr olan 7 küçə əsaslı şəkildə təmir olunub. Həmçinin, 7000 poqonometr səki daşları düzülüb, 80 ədəd kanalizasiya lyuku dəyişilib, 11.550 poqonmetr üfüqi nişanlanma xətləri çəkilib. Bundan əlavə, 3580 metr uzunluğunda və 23 min 560 kv.m sahədə isə orta təmir işləri görülüb.
Daha öncə, avqust ayında Bakıda 14 küçə AAYDA tərəfindən təmir olunub.