16 oktyabr tarixində Bakıda veloyarış keçiriləcək. Yarış Suraxanı Gənclər Evi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Velotrekinin birgə təşkilatçılığı ilə saat 10:00-da baş tutacaq.
Respublika Velotrekində keçiriləcək olan idman tədbirində qızlar və oğlanlar ayrı-ayrılıqda yarışacaqlar.
İlk 3 yerin sahibi olmuş qaliblərə diplom və medallar, digərlərinə isə iştiraka görə sertifikatlar təqdim olunacaq.
Yarış “18 oktyabr Müstəqilliyin Bərpası Günü”-nə həsr olunub.
Qeydiyyatdan keçmək üçün Suraxanı Gənclər Evinin İnstagram səhifəsində mesaj bölməsinə “+” yazmaq kifayətdir.