17 oktyabr tarixində Bakıda kriptovalyuta anlayışı ilə bağlı ödənişsiz məsləhət saatı keçiriləcək. Tədbir Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Blokçeyn və İnvestisiya Akademiyasının əməkdaşlığı ilə saat 14:00-da baş tutacaq.

Layihə Azərbaycanda blokçeyn texnologiyasının inkişafı, kriptovalyuta və investisiya savadlılığını artırmaq məqsədini daşıyır.

Konsultasiya 2 mərhələdən ibarətdir. İlk mərhələ 17 oktyabr tarixində Sabunçu Gənclər Evində keçiriləcək. ABIA-nın idarə heyəti tərəfindən aparılacaq konsultasiyada bu sahəyə maraqı olan hər kəs iştirak edə bilər.

İştirak üçün qeydiyyat mütləqdir. Qeydiyyatdan keçmək üçün Sabunçu Gənclər Evinin İnstagram səhifəsindəki paylaşımın rəy bölməsinə “+” yazmaq kifayətdir.