13 oktyabr tarixində Bakıda 2012-ci ildə ərsəyə gəlmiş “Frensis Ha” filminin nümayişi baş tutacaq. Tədbir YARAT Mərkəzinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 19:00-da baş tutacaq.

Film, rəqqasə olmamasına baxmayaraq, öz xəyallarını gerçəkləşdirmək üçün təcrübəçi qismində rəqs truppasına qoşulan nyu-yorklu 27 yaşlı Frensisdən bəhs edir.

Film İngilis dilində Azərbaycan alt yazılarla göstəriləcək və 1 saat 20 dəqiqə davam edəcək.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək və COVİD-19 pasportunun olması mütləqdir. Nümayişə 16 yaşdan yuxarı şəxslər buraxılacaq.

Qeydiyyatdan keçmək üçün saat 10:00-dan 18:30-dək +994 50 246 92 92 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.