Bakıdan olan Mahir Emreli millinin növbəti oyununda iştirak edə bilməyəcək. Bu haqda bu gün, 12 oktyabr tarixində AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Futbolçunun oyunöncəsi təşkil olunan COVİD-19 testi pozitiv çıxıb. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq oyunçu matçda iştirak edə bilməz.

Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün, 12 oktyabr tarixində Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.