Paytaxtın Yasamal rayonunun bir hissəsində bu gün, 12 oktyabr tarixində içməli suyun verilməsi müvəqqəti dayandırılacaq. Bu haqda Azərsunun mətbuat xidməti məlumat yayıb.
Məhdudiyyətə səbəb magistral su xətlərində aparılan təmir-bərpa işləri olduğu bildirilir.
Bundan əvvəl, 7 oktyabr tarixində paytaxtın Binəqədi rayonunda gün ərzində içməli suyun verilməsi müvəqqəti dayandırılmışdır.