Paytaxtın Yasamal rayonunda qanunsuz su xətləri aşkar olunub. Bu haqda bu gün, 12 oktyabr tarixində Azərsu ASC-nin mətbuat xidməti məlumat yayıb.

Məhəmməd Xiyabani küçəsində “gecəqondu” tipli kababxanaların əksəriyyətində sudan qanunsuz istifadə faktları qeydə alınıb.

Bundan əlavə, Əsəd Əhmədov küçəsində yerləşən “Yadigar” marketdə sayğacdankənar su xətti çəkildiyi aşkar olunub. Qurban Xəlilov küçəsində isə magistral xəttə qanunsuz qoşulmalar müəyyən edilib.

Qanunsuz xətlər ləğv olunub, dəymiş ziyan hesablanıb. Qanun pozan şəxslər məsuliyyətə cəlb ediliblər.

Bu ilin 9 ayında sudan qanunsuz istifadə ilə bağlı Yasamal rayonu ərazisində 252 fakt aşkarlanıb. 94.000 kubmetr həcmində sərfiyyat bərpa olunub.

Foto AZƏRSUnun rəsmi səhifəsi
Foto AZƏRSUnun rəsmi səhifəsi