Abşeron rayonunda iş yoldaşını bıçaqlayaraq öldürən şəxs barədə cinayət işi açılıb. Bu haqda bu gün, 12 oktyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Elnur Salmanovla Şahin İslamovun aralarında fəhlə kimi işlədikləri “Sunfood” MMC-nin anbarında mühabisə yaranmışdır. Nəticədə E.Salmanov iş yoldaşını bıçaqlamışdır. Xəstəxanaya çatdırılan yaralı 10 oktyabr tarixində dünyasını dəyişmişdir.

Daxili İşlər Nazirliyinin 11 oktyabr 2021-ci il tarixində verdiyi məlumata əsasən, son sutka ərzində törədilmiş 31 cinayətin üstü açılıb.