Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən kiber cinayətlər törədən və vətəndaşların bank məlumatlarını ələ keçirən dəstə üzvləri müəyyən edilərək saxlanılıblar. Bu haqda məlumat Daxili İşlər Nazirliyi (DİN) öz Youtube kanalında paylaşıb.

Əməliyyat-axtarış tədbirləri zamanı DİN əməkdaşları tərəfindən Cahad Hüseynovu, onun qardaşı Nicat, onların qohumu Fərman Hüseynzadənin, Hanna Əliyevanı və Dilşad İsmayılovanı saxlanılıb.

Tutulan şəxslərin qaldığı evdə aparılan axtarış nəticəsində polis əməkdaşları külli miqdarda elektron sübutlar, mobil telefonları ilə vətəndaşlara göndərilən hazır mətn formaları və səs yazıları, eləcə də digər məlumat daşıyıcılarını aşkar edərək götürüblər. Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyi vətəndaşlara bank kartı məlumatlarının tanımadıqları şəxslərə göndərilməməsi xahişi ilə müraciət edib. Belə hallar baş verdikdə, polis əməkdaşlarına, həmçinin nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrində dərhal məlumat verilməlidir.