Sutka ərzində paytaxtda iki yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yasamal rayonunda açıq ərazidə ümumi sahəsi 30 kv.m olan birmərtəbəli evin dam örtüyünün 0.5 kv.m yanıb. Yanğın nəticəsində yaranan yüksək tempratur yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin də bir hissəsinin qarsalanmasına gətirib çıxarıb. Evin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Nərimanov rayonunda ümumi sahəsi 1600 kv.m olan, hazırda fəaliyyət göstərməyən anbarın yanar konstruksiyaları, şüşə-pambıqdan ibarət divar üzlüyü və içərisinə yığılmış istifadəyə yararsız taxta məmulatları 216 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.