Paytaxtın Nəsimi rayonunda küçələrdən birində hərəkət məhdudlaşdırılacaq. Bu haqda bu gün, 13 oktyabr tarixində “Azəravtoyol”-un mətbuat xidməti məlumat yayıb.

Alı Mustafayev küçəsinin 3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində təmir bərpa işləri aparılacaq. Bununla əlaqədar 13-16 oktyabr tarixlərində küçənin qeyd olunan hissəsi bağlı olacaq.

Bundan əvvəl, 7 oktyabr tarixində Ziya Bünyadov prospektindən 3-cü mikrorayon dairəsi istiqamətində olan hissəsində yenidənqurma işləri ilə əlaqədar müvəqqəti məhdudiyyət qoyulmuşdur.