Bakıda “Mətbəx günü” adlı tədbir keçiriləcək. Əyləncə məqsədilə keçirilən proqram Xəzər Gənclər Evinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 13:00-da başlayacaq.

Bu layihəyə qoşulanlar Milli və Avropa mətbəxindən olan yeməkləri hazırlamaq və dadmaq şansını qazanacaqlar.

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.