Bu gün, 13 oktyabr tarixində gecə saatlarında Bakı şəhərində piyadaların iştirakı ilə iki yol qəzası baş verib.

Nəsimi rayonunda Bülbül prospektində saat 02:00 radalərində avtomobil yolunu keçən 37 yaşlı Seymur Əliyevi vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib.

Daha bir hadisə Nərimanov rayonunun Fətəli Xan Xoyski küçəsində saat 03:00 radalərində baş verib. 54 yaşlı Zəkiyyə Məmmədova yolu keçərkən onu minik avtomobili vurub. Təcili tibbi yardımın köməyi ilə piyada müxtəlif sınıqlarla xəstəxanaya çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oktyabr statistika əsəsında paytaxtda 01.01.-12.10.2021-ci il tarixləri ərzində yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadalar olmuşdur.