Binəqədi rayonunda qadın narkotik alverçisi saxlanılıb. Bu haqda bu gün, 13 oktyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polis idarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Sənubər Vəliyeva saxlanılıb. Onun çantasından 1 kiloqramdan çox heroin, 115 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub.
Digər əməliyyat zamanı rayonun Fatmayı qəsəbəsində yerləşən evlərin birində cətənə yetişdirən Nizami Ağayev saxlanılıb. Qeyd olunan evin həyətindən 74 kiloqram narkotik tərkibli bitki aşkarlanıb.
Hər iki faktlarla bağlı araşdırmalar aparılır.
Bundan əvvəl, 11 oktyabr tarixində paytaxtın 3 rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar aparılmışdır.