Sabunçu və Suraxanı rayonlarında sakinlər səhvən qaz şəbəkəsinə su xəttini qoşublar. Bu haqda bu gün, 13 oktyabr tarixində Azəriqazın mətbuat xidməti məlumat yayıb.
Havanın soyuması ilə əlaqədar vətəndaşlar istilik cihazlarını quraşdırarkən səhlənkarlıq ediblər. Çoxmənzilli binaların qaz şəbəkələrinə su dolub, qazın verilməsində problemlər yaranıb.
Qurum bildirir ki, bu cür hallar avadanlıqların işlək dövrünü azaldır. Eləcə də, abonentlərin uzun müddət qazsız qalmağı ilə də nəticələnir.