16, 23, 30 oktyabr və 6 noyabr tarixlərində Bakıda Yoqa dərsləri keçiriləcək. Dərslər YARAT Mərkəzində saat 09:00-da baş tutacaq.

Ənənəvi aştanqa-yoqa dərsində təlimçi qismində Salatın Kərimova iştirak edəcək.

Dərslər 16 yaşından yuxarı şəxslər üçün nəzərdə tutulub. İştirakçı sayı məhdud olduğundan, Covid pasportu və qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün +994 50 246 92 92 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Salatın Kərimova öz praktikasını 2014-cü ildə Taylandın Phuket adasında başlamışdır və “Yoga Alliance” birliyinin sertifikatı ilə təltif olunmuşdur.