16 oktyabr tarixində “kubik-rubik” üzrə Master-Klass baş tutacaq. Tədbir Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin tərəfdaşlığı ilə saat 12:00-da keçirilir.

Sabunçu Gənclər Evində keçiriləcək master-klasda təlimçi qismində “Yetenek Sizsiniz Türkiye” yarışmasının finalçısı Həzrət Məmmədrzayev iştirak edəcək.

Layihə 3 hissədən ibarət olacaq:

  1. Gənclər Evinin şəhid üzvü İsrail Cəfərzadənin 16 oktyabr tarixində anım günü olduğunu vurğulayaraq qeyd edək ki, bu münasibətilə qonağımız tərəfindən 368 ədəd kubik-rubikdən ibarət şəhidimizin portreti hazırlanacaq və əsərin təqdimatı keçiriləcəkdir.
  2. Layihə Kubik-Rubik üzrə master-klass, alqoritm izahı və məşq prosesi ilə davam edəcəkdir
  3. Və sonda iştirakçılar arasında yarış keçiriləcəkdir.

İlk 3 yerin sahiblərinə “CinemaPlus”-dan 2 nəfərlik bilet təqdim olunacaq.

İştirak etmək üçün Sabunçu Gənclər Evinin İnstagram sahifəsindəki paylaşımın rəy bölməsində “+” yazmaq kifayətdir.