Gənclər və İdman Nazirliyi “8 noyabr-Zəfər Günü” münasibəti ilə mini-futbol turniri keçirəcək. Bu haqda Gənclər və İdman Nazirliyi xəbər verib.
Həvəskarlar arasında keçiriləcək “Unutma Yaşat” mini-futbol turniri 18 oktyabr – 08 noyabr 2021-ci il tarixlərində baş tutacaq. İdman Nazirliyinin saytında 32 komanda iştirakını təsdiq edib.
Turnir 7 mərhələdən ibarət olacaq:
- 18-21 oktyabr – I tur
- 23-26 oktyabr – II tur
- 28-29 oktyabr – III tur
- 02 noyabr – IV tur
- 04 noyabr – V tur
- 06 noyabr – Yarımfinal
- 08 noyabr – 3-cü yer uğrunda
- 08 noyabr – Final
Oyunlar saat 19:00 – 21:00-da Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzində (ünvan-Azadlıq prospekti 128) (keçmiş “Neftçi” Baza) keçiriləcək. Hər oyun 2 hissədən, hər hissə isə 20 dəqiqədən ibarət olacaq.
Komandaların siyahısı və oyunların keçirilmə vaxtını buradan izləyə bilərsiniz. Oyunlarda iştirak etməyən komandalara texniki məğlubiyyət veriləcəkdir.