14 oktyabr 2021-ci il tarixindən 101 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib. Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Avtobuslar Türkan qəsəbəsi – Qala qəsəbəsi – Qala dəmiryolu stansiyası – Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edəcəklər.

Bundan əvvəl, 9 oktyabr tarixindən Bakıətrafı bəzi marşrut xətlərində dəyişikliklər olmuşdur.