Ötən gün Bakıda qadın meyiti tapılıb. Hadisə paytaxtın Xətai rayonunda baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Mənzilin giriş qapısını açan FHN-nin əməkdaşları orada 78 yaşlı Zoya Aminovanın meyitini aşkarlayıblar.

Meyit aidiyyəti üzrə təhvil verilib.