Paytaxtda kinoteatrların açılmasına baxmayaraq öz şəxsi avomobilində film izləmək istəyənlər üçün şad xəbərimiz var.

15 oktyabr tarixində Bakının Buzovna çimərliyində yerləşən Buz Bar Auto Cinema sezonunun açılışını edəcək.

Açılış saat 20:00-da rus dilində göstəriləcək “Nobody” filmi ilə olacaq. Qarşıdakı günlərdə “Kate” və “Passengers” filmlərinin də nümayişi həyata keçiriləcək.

16 oktyabr “Kate” filmi türk dilində, 17 oktyabr  “Passengers” filmi rus dilində göstəriləcək. Seanslar saat 20:00-da başlayacaq.

Bir avtomobil üçün giriş qiyməti 20 manat təşkil edir. Yerlər məhdud olduğu üçün qeyd olunan Whatsapp nömrəsinə yazaraq rezerv etmək vacibdir.

Qeydiyyat üçün əlaqə nömrəsi: +994 50 785 08 88