23-24 oktyabr tarixlərində Bakıda “Bizim küçələr” adlı fotosərgi keçiriləcək. Sərgi Salaam Cinemanın binasında Coşqun Süleymanovun təşkilatçılığı ilə saat 14:00-19:00 aralığında baş tutacaq.

Sərgi fotoların müxtəlif silsiləvi toplusundan ibarət fərqli proyektdir. Nümayiş olunan fotoların adı yoxdur, fotolarda həm rəngli, həm də ağ qara tonlardan istifadə olunub.

Coşqun Süleymanov 10 ilə yaxın müddətdir ki, fotoqrafiya ilə məşğul olur. O, Azərbaycan Fotograflar Birliyinin üzvü, “Baku Street Collectivi” -nin yaradıcısıdır.