15 oktyabr 2021-ci il tarixindən 131 nömrəli marşrut xətti nağdsız ödənişə keçir. Bu haqda bu gün, 14 oktyabr tarixidnə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Avtobuslar Maştağa qəsəbəsi – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi (NMM) istiqamətində hərəkət edirlər. Marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

  • Maştağa qəs., Heybət Heybətov küç. 44
  • Maştağa qəs. B.Bağırov küç.
  • Sabunçu qəs. Şəhər şosesi
  • Zabrat qəs., Babək küç. 336
  • Oktyabr küç. Zabrat
  • Zabrat qəs. Nərimanov 23
  • Zabrat qəs., Sadiq Cəfərov 26
  • Savalan qəs.
  • Maştağa qəs., Heybət Heybətov 63
  • Məhəmmədəli Şəfai 37

Bundan əvvəl, 8 oktyabr 2021-ci il tarixindən Pirəkəşkül (114A) və Müşfiqabad (114B) qəsəbəsi – “20 Yanvar” m/st istiqamətində hərəkət edən 114A və 114B marşrut xətləri “BakıKart” sisteminə inteqrasiya olunmuşdur.