Azərbaycanda Fransız İnstitutunda Fransa animasiya filmləri ilə bağlı sərgi təşkil olunacaq. Bu haqda Fransanın Azərbaycandakı Səfirliyinin saytında məlumat verilib.
14 oktyabr – 13 noyabr tarixlərində Azərbaycandakı Fransız İnstitutunda “Animasiya filmləri: La French touch” adlı sərgi keçiriləcək. Sərgidə ilk Fransa animasiya filmi (1892-ci il) nümayiş olunacaq. Həmçinin, əsrlər boyunca çəkilmiş ən maraqlı cizgi filmləri ziyarətçilərə təqdim ediləcək.
İş saatları:
- 14 oktyabr-31 oktyabr – I-V günlər saat 10:00-18:00
- 1 noyabr tarixindən II-VI günlər saat 10:00-18:00 (VI gün saat 17:00-dək)
Sərgi fransız və azərbaycan dillərində olacaq və giriş hamı üçün sərbəstdir.
Qeyd edək ki, animasiya filmlərinin çəkilişinə görə Fransa Avropada birinci yeri tutur. Qlobal səviyyədə isə yalnız ABŞ və Yaponiyadan geri qalır.