16 oktyabr tarixindən Bakıda Nur Art House-da “İştirak” adlı yeni sərgi fəaliyyətə başlayacaq. Sərgi saat 12:00-dan 20:00-dək Nur Art House-un İçərişəhər, əsr küçəsi 15 ünvanındakı binasında keçiriləcək.

Heç vaxt sərgilənməmiş beş yeni sənətçini bir araya gətirən bu sərgi post-sovet estetikasını, içki mədəniyyətini, daxili müxəlləfatı və xanənişinliyi araşdıran vizual sənəd layihəsini təqdim edir.

“İştirak” beş sənətçi Bakının gündəlik həyatını fəal şəkildə sənədləşdirilmiş əsərlərini nümayiş etdirən yeni bir sərgidir.

Sərginin kuratoru Aqil Abdullayevdir. Qeyri-ənənəvi şəkildə təqdim olunan bu layihə, özünü fotosərgi kimi deyil, məhz Bakının kimliyinin formalaşdıran amillərin sənədi kimi təqdim edir.

Bir ay davam edəcək sərgidə Mehrin Əlili, Sücayət İsmayılova, Elçin Mikailov, Başqa Rassam, Nərmin Zey kimi sənətçilərin yeni və mövcud əsərləri təqdim olunacaq.