Bakıda Xarıbülbül abidəsi inşa olunub. Bu haqda Real Tv reportaj hazırlayıb.
Abidə Ashihara Karate Federasiyasının yerləşdiyi binanın ərazisində Vətən müharibəsinin şəhidlərin xatirəsinə inşa edilib.
Federasiyanın prezidenti abidə üçün sırf bu ərazinin seçilmə səbəbi kimi gələcəkdə keçiriləcək tədbirlər vasitəsilə azərbaycanlıların döyüş qabiliyyətini dünyaya tanıdılmasını göstərib.
Abidə Zəbitlər parkının ərazisində yerləşdiyindən ziyarətçilərin diqqətini cəlb edir.