Xəzər rayonu Hövsan qəsəbəsində magistral qaz xəttinə qeyri-qanuni birləşmələr aşkar olunub. Bu haqda bu gün, 14 oktyabr tarixində Azəriqazın mətbuat xidməti məlumat yayıb.

Ev alqı-satqısı ilə məşğul olan Elşad adlı şəxs 3 fərdi yaşayış evinə qeydiyyatsız qaz xətti çəkib. Sakinlərə xəbərdarlıq edilərək şəbəkələr ləğv olunub.

Ümumilikdə qəsəbə ərazisində qazdan 30-dək qanunsuz istifadə halları aşkarlanıb. Faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.